Müstəqil Azərbaycan dünya dövlətləri ilə dostluq, əməkdaşlıq əlaqələrini gündən -günə daha da genişləndirir. Belə bir dostluq, əməkdaşlıq əlaqələrindən biri də İtaliya dövləti ilə olan əlaqəlidir. Bildiyimiz kimi, 1992 - ci ildə İtaliya Azərbaycanın müstəqilliyini tanımış, ölkələr arasında diplomatik əlaqələr qurulmuşdur. İtaliya öz səfirliyini ilk olaraq Azərbaycanda təsis etmişdir. 1997 - ci ildə Azərbaycanda İtaliyanın səfirliyi yaradılmışdır. Həmin ildə də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İtaliyaya rəsmi səfər etmişdir. Bu səfər çərçivəsində iki ölkə arasında elm, mədəniyyət, iqtisadiyyat və s. sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafına təkan verildi. 2003 - cü ildə Azərbaycan Respublikasının İtaliyada səfirliyi yaradıldı. 2005 - ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin ölkəyə səfər etmişdir. Cənab Prezidentimiz ilk illərdən ikitərəfli əməkdaşlıq istiqamətində mühüm addımlar atılmışdır və bu səylər bu gün də davam edir. Bildiyimiz kimi sentyabrın 1- də Prezident İlham Əliyev İtaliyaya səfər edib. İtaliya Prezidenti Sercoi Mattarella ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son görüşlərdə razılaşmaların öz əksini tapmasını yüksək qiymətləndirdilər. Başçımızın səfəri çərçivəsində Romada Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyin yeni binasının açılışı olub. Romada İtaliya - Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsi müəyyən edildi. ADA Universiteti ilə İtaliyanın beş aparıcı Ali Təhsil müəssələri arasında imzalanmış sazişlər həyata keçirildi. 2024 - cü ilin sonuna qədər gözəl məkanda yerləşən Universitet inşa ediləcək. Cənab Prezidentimizin səfəri zamanı ölkəmizin enerji təhlükəsizliyi məsələsində rolundan danışıb.İtaliya Azərbaycanın karbohidrogen resursları Avropanın digər yerlərinə ötürəcək. İtaliyanı neftlə təchiz edən əsas ölkələrdən biri olduğumuz üçün iki neft boru kəmərini öz imzası ilə enerji xəritəsinin dəyişdirilməsi prosesini öz üzərinə götürdüyünü vurğulamışdır. Prezidentimiz çıxışı zamanı yeni layihədən də bəhs edərək İonik - Andriotik boru kəmərinin reallaşması ilə Azərbaycan öz qazını üç Balkan ölkəsinə çatdıracağını söyləmişdir. Ölkəmiz öz tərəfdaşlarının ehtiyaclarını qarşılamaq üçün əlindən gələni edir. Ölkəmiz Xəzər dənizində ən böyük ticarət limanı inşa edib. Bakıda gəmiqayırma zavodu yaradılıb. Artıq Xəzər dənizində neft və digər yüksək daşıyan gəmilər inşa edilir. Rusiya -Ukrayna müharibəsi Xəzərin Şərq sahilindəki şirkətlər üçün siqnal oldu.Bu gün Rusiya şirkətləri sanksiyalar səbəbindən Avropa məntəqələrinə yük daşıya bilmir. Azərbaycandan keçərək İrana və Faks körfəzi sahillərinə maşurutlar keçir. İtaliya ilə Azərbaycan hər zaman yeni inkişaf mərhələsinə yüksəlir. Əlaqələrin möhkəmlənməsi üçün yeni səhifələr açılır. Etibarlı tərəfdaş olan ölkələrimiz ticarəti sürətlə artırır, təhsil və enerji sahəsində uğurlu əməkdaşlıqlar həyata keçirirlər.Ceyran Quliyeva, Xocalı rayon ziyalısı